Hər bir peşənin özünün "xüsusi" xəstəliyi var. Oturaq iş rejimində işləyən, bütün günü kompüter qarşısında oturanlar bədənindəki ağrılardan şikayətlənirlər. İnsanların əhəmiyyət vermədiyi bu ağrılar vaxt keçdikcə daha ağır xəstəliklərə çevrilir. Bunun nəticəsində peşə xəstəlikləri meydana gəlir.

Axşam.az xəbər verir ki, kompüter qarşısında işləyənlərin biləkləri tez-tez ağrıyır. Buna bəzən bilək qocalması da deyirlər.

Kompüterin "mışkasını" tərpətməkdən biləkdə ağrılar baş verə bilər. Hətta ağrılar bəzən biləkdə qıcolmaların baş verməsinə də gətirib çıxarır. Bu damarlarda qan dövranının pozulmasına səbəb olur. 

Bunun ən yaxşı çıxış yolu biləyi tez-tez nanə yağı ilə masaj etməkdir. Əgər bu kömək etmirsə, demək xəstəlik çox irəliləyib. Dərhal həkimə müraciət edin.