İdman həkimi İlya Melexin gündəlik avtomobil sürməyin fəsadları barədə xəbərdarlıq edib. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, onun sözlərinə görə, daim avtomobillə səyahət edən və müntəzəm fiziki fəaliyyət göstərməyən insanda ciddi xəstəliklər yarana bilər. Xüsusilə, fiziki hərəkətsizliyin inkişaf riski var.

“Bu, hərəkətsizlikdir, həyatımızda bizi müşayiət edən bir şeydir. Biz işə maşınla gedirik,  işdə də otururuq”, - o, vurğulayıb.

Həkim oturaq həyat tərzinin də onurğa sütununa yükü artırdığını, boyun və bel nahiyələrində ağrılara səbəb olduğunu bildirib. Melexin, mümkünsə, həftə sonları avtomobildən istifadə etməməyi, iş günlərində isə səhər, axşam və ya yolda isinmə hərəkətləri etməyi tövsiyə edib.