Müasir dünyada internet informasiya, kommunikasiya, onlayn təhsil və biznesə çıxışın təmin edilməsində əsas rol oynayır, cəmiyyətin və iqtisadiyyatın inkişafına qlobal təsir göstərir.

Lent.az xəbər verir ki, İngiltərənin “Cable” marketinq şirkəti elə bununla bağlı olaraq bu dəfə dünya üzərində ən ucuz internetə malik ölkələrin reytinqini açıqlayıb. 

Məlum olub ki, İsrail reytinqdə liderdir. Bir giqabayt (GB) trafik cəmi 0,02 dollara başa gəlir. Bu da tədqiqatın aparıldığı 237 ölkə arasında ən aşağı qiymətdir. İkinci yeri İtaliya (0,09 dollar) və Fici (0,09 dollar), üçüncü yeri San Marino (0,10 dollar), üçüncü yeri Kamboca (0,12 dollar) tutub.

1 GB mobil internetin orta qiymətinə görə TOP 5 ən bahalı ölkəyə Zimbabve (43,75 dollar), Folklend adaları (40,58 dollar), Müqəddəs Yelena (40,13 dollar), Cənubi Sudan (23,70 dollar) və Tokelau (17,24 dollar) daxildir.

Qeyd edək ki, ABŞ-da 1 GB-ın qiyməti 6 dollar, Kanadada isə 5,37 dollardır.