"Apple"-ın yeni "iPhone 15" modelləri bu yaxınlarda qlobal satışa çıxıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bəzi istifadəçilər telefonun temperaturunun 38 dərəcəni keçdiyini bildirib. 

Artan şikayətlərdən sonra texnologiya nəhəngi açıqlama edib: "Cihaz quraşdırılma və ya bərpadan sonra ilk bir neçə gün ərzində fonda aktivliyin artması səbəbindən həddindən artıq qıza bilər". 

Digər tərəfdən, "Apple"-ın proqram yeniləməsi ilə bu problemi aradan qaldıracağı qeyd edilib.