Dırnaqları yemək olduqca yayğındır və ondan qurtulmaq o qədər də asan deyil.

İnsanlar uşaqlıqda dırnaqlarını yeməyə başlayırlar. Psixoloqlar bu davranışı uşaqda müxtəlif stress və narahatlıq formaları ilə əlaqələndirirlər. Mütəxəssislər deyirlər ki, insan məktəbdə bunu etməyə başladıqdan sonra vərdiş artıq formalaşdığı üçün bəzən dayana bilmir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu pis vərdişdən imtina etmək üçün özünüzə vaxt ayırmalısınız. Onu bir gündə tərkitmək alınmır. 

Effektiv olmaq üçün acı dadı olan xüsusi lakdan istifadə edin və ya barmaqlarınızın ucunu bandajla sarın və əlcək taxın. Bu sizin üçün bir növ maneə yaradacaq.

Əgər əsəbi olduğunuz zaman dırnaqlarınızı yeməyə başlayırsınızsa, o anda əllərinizə nə isə götürməyə çalışın. Məsələn, kiçik bir topu sıxa və ya bir şey çəkə bilərsiniz. Bu üsullar sizə kömək etmirsə, psixoloq və ya psixoterapevtdən məsləhət almaq daha yaxşı olar.

azemob.com