Ürəyin normal funksiyasını təmin edən ən yaxşı meyvələrdən birincisi də avokado seçildi.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu amerikalı kardioloq Syuzanna Steybaum deyib.

Ürəyin motor funksiyası üçün avokadodan yaxşısı yoxdur.

Bizim süfrələrdə bu meyvə olmasa da, marketdən, bazardan tapmaq olar.

Avokado doymuş və doymamış yağlarlar zəngindir, bu da pis xolesterini qovur, lipid mübadiləsini yaxşılaşdırır.

Həkim etiraf edib ki, özü də hər gün yarım avokado yeyir. Bu yaşlı insanlar üçün yetəri miqdardır.

Avokado yüksək təzyiqi salır, ürəyi maqniy və kaliy ilə qüvvətləndirir, damar və ürək əzələsi iltihabi xəstəliyinin qarşısını alır.