Yuxu orqanizmin normal fəaliyyəti üçün vacib amillərdən biridir. Sağlam insanlarda yuxunun optimal müddəti müxtəlifdir və yaş ötdükcə dəyişir.

Maraqlıdır, görəsən, insanlar neçə saat yatmalıdır?

Milli.Az lent.az-a istinadən bildirir ki, 12-15 yaş arası məktəblilər 9 saat, yetişkin və yaşlılar isə 7-8 saat aralığında yatmalıdır. 

Eyni zamanda, yuxu ilə bağlı da bir sıra gigiyena qaydalarına əməl etmək lazımdır. Axşam yeməyini yuxudan azı 2 saat qabaq yemək lazımdır ki, dolmuş mədə diafraqmanı yuxarıya basıb yatarkən rahat tənəffüs etməyə mane olmasın.

Yuxuya mane olan kənar qıcıqlandırıcılara parlaq işıq, səs, kəskin iylər, çox isti və ya çox soyuq temperatur aiddir. Təmiz havanın normal yuxu üçün əvəzolunmaz əhəmiyyəti olduğunu nəzərə alıb pəncərə və nəfəsliyi açıq qoyub yatmaq məsləhətdir.