"Facebook"da birdən çox şəxsi hesab açmaq mümkün olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, istifadəçi istəsə, əsas hesaba bağlı 4 müxtəlif şəxsi profil hesabı aça bilər.

Bu profil hesabları arasında daxil olub çıxmağa ehtiyac yoxdur. Siz asanlıqla profillər arasında keçid edə bilərsiniz.

Beləliklə, istifadəçilər öz profillərini öz maraqlarına uyğun idarə edə, yazılarını hədəf auditoriyasına uyğun tənzimləyə biləcəklər.

Qeyd edək ki, çoxhesablı xüsusiyyətin yaxın aylarda hər kəs tərəfindən istifadə ediləcəyi gözlənilir.