"WhatsApp" yaxın zamanda bir telefon nömrəsilə iki profil yaratmağa imkan verən funksiyasını təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumata görə, "Alternativ Profillər" ilə istifadəçilər yalnız müəyyən insanların görə biləcəyi ayrıca profil şəkli və istifadəçi adı təyin edə biləcəklər.

Xatırladaq ki, yeni funksiya həmçinin müxtəlif qruplar üçün müxtəlif profillər yaratmağa imkan verəcək. Məsələn, dostlarınız və ailəniz əsas profilinizdən istifadə edə bilər, lakin siz yalnız biznes əlaqələrinin görə biləcəyi alternativ profil yarada bilərsiniz.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

azemob.com