İlon Mask "X"(Twitter) sosial şəbəkəsinə daha bir məhdudiyyət əlavə edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, artıq "premium" olmayan istifadəçilər üçün tətbiq getdikcə daha da çətinləşir. 

İlon Mask "X/Twitter"də islahatlara davam edir. Bu dəfə istifadəçilərə pulsuz hesablardan öz paylaşımlarına şərhləri bloklamağa imkan yaradır. Yəni "Premium" abunəliyiniz yoxdursa, müəyyən yazılar üzrə müzakirələrdə iştirak edə bilməyəcəksiniz.

Bu funksiya bütün "X" istifadəçiləri üçün əlçatandır (hətta abunə olmadan da). Maskın fikrincə bu addım saxta profillərin azalmasına kömək edəcək.

azemob.com